Şəki şəhərinin dağlıq hissəsində başlayan yanğın söndürülüb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Baş vermiş hadisə ilə bağlı nazirliyin yaydığı məlumatda deyilir ki, 6 hektar sahədə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16:23
Azərbaycanı bürüyən meşə yanğınları Şəkiyə də çatıb.
Manset.az xəbər verir ki, bu barədə Bakupost.az-a yerli sakinlər məlumat veriblər.
Qeyd edək ki, Azərbaycanın şimal regionunda da avqustun 12-dən başlayan yanğınlar davam edir. Siyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə dünəndən başlayan yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib. O, müvafiq göstəriş və tapşırıqlarını verir.
