Qusarda 16 yaşlı oğlan gölməçədə boğuldu.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, 16 yaşlı şəxsin gölməçədə boğularaq ölməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Avqustun 20-də Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən gölməçədə 2006-cı il təvəllüdlü Tural Fərzəliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.