Sürücülərin NƏZƏRİNƏ! - 25 avqust 18:00-dan 27 avqust saat 08:00-dək...

13:08 - 25 Avqust 2022

Sürücülərin NƏZƏRİNƏ! - 25 avqust 18:00-dan 27 avqust saat 08:00-dək...

Bu gündən Bakıda Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

 

Bu barədə Manset.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yenilənməsidir. Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq.

Həmin müddətdə Tbilisi prospektindən yalnız Şəfayət Mehdiyev küçəsi istiqamətinə hərəkət mümkün olacaq.

DYP sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az