Masallıdakı yanğının söndürülməsinə ETSN-nin 100-dən çox əməkdaşı iştirak edir

18:33 - 25 Avqust 2022

Masallıdakı yanğının söndürülməsinə ETSN-nin 100-dən çox əməkdaşı iştirak edir

Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edir. 

Manset.az  xəbər verir ki, bu barədə "Qafqazinfo"ya ETSN-nin Mətbuat katibi İradə İbrahimova deyib:

"Masallı rayonu, İstisu sanatoriyasının yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması üçün  Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı  və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri iştirak edir". 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az