Manset.az Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun Demokrat.az-a müsahibəsini təqdim edir:
— Bu yaxınlarda Rusiya Dövlət Dumasının üzvü Vladimr Jirinovski yenidən Azərbaycanla bağlı sərsəm açıqlamalar verib. Onun fikirləri ilə tanışsınızmı?
— Bəli, tanışam. Bu, Jirinovskinin ilk belə açıqlaması deyil. Mənim nazir fəaliyyətim dövründə də onun bu cür çıxışları zamanı Rusiyaya bu ölkədəki səfirliyimiz vasitəsilə etiraz nota göndərirdik. Jirinovskinin mövqeyi bəllidir. Onun bu cür çıxışları əsas yerli auditoriya üçün nəzərdə tutulub. Onun imici belədir. İnanmıram ki, Jirinovskinin bu açıqlamaları nəyisə dəyişdirsin. Azərbaycanla Rusiya arasındakı yüksək əlaqələrə bu cür açıqlamalar ziyan vurmaz, çünki Jirinovskini hamı tanıyır. Moskvadakı siyasi elitada da o, yaxşı tanınır. Hər kəs bilir ki, onun çıxışları hər zaman belə sərtdir. Ona görə də, onun işlətdiyi ifadələrin nəyisə dəyişdirəcəyini düşünmürəm.
— Sizcə, Jirinovskinin bu cür sərsəm açıqlamalarını ciddiyə almaq lazımdırmı?
— Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı.
Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib. Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik. Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm.
— Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan qardaş ölkəyə dəstək göstərir, yardım qrupları göndərib Bununla bağlı siz nə deyə bilərsiniz?
— Bizim cənab Çavuşoğlu ilə dostluq münasibətlərimiz var və bu gündə davam edir. Belə günlərdə Türkiyəyə yardım mütləq lazım idi. Cənab Prezidentin göstərişi ilə xeyli sayda texnika və canlı qüvvə Türkiyəyə göndərildi. Bu hadisələrdə qardaş Türkiyənin yanında olmalı idik. Azərbaycan Türkiyəni birmənalı şəkildə dəstəkləməli idi və Prezidentin tapşırığı əsasında bu, reallaşdı. Bu, çox böyük və qardaşlığa yaraşan addım oldu. Fürsətdən istifadə edib, qardaş Türkiyənin bu bəladan tezliklə xilas olmağını arzu edirəm.
— Zaman-zaman övladlarınız haqqınızda ermənilərlə qohumluğunuz barədə söhbətlər gündəmə gəlir. Hətta, övladınızın erməni əsilli xanımla evlənməsi kimi xəbərlər yayılıb. İstərdim ki, bu söz-söhbətlərlə bağlı dəqiq açıqlamanı öz dilinizdən eşidək. Oğlunuzun erməniəsilli xanımla ailə həyatı qurması doğrudurmu?
— Xeyr, bu əsla ola bilməz. Nə mənim ailəmin, nə də gəlinimin nə ana tərəfdən, nə də ata tərəfdən erməni ilə qan qohumluğu yoxdur, olmayıb da. Bunlar hamısı boş-boş söhbətlərdir. İndi ad qaralamaq istəyən adamlar çoxdur, niyə etmək istəyirlər bilmirəm, özləri bilərlər. Necə deyərlər, babalı onların boynuna. Ona görə də, bu məsələni heç şərh etmək belə istəmirəm.
— Bəs gəlininiz hansı millətin nümyəndəsidir?
— Övladımının həyat yoldaşının bir tərəfi italyan, bir tərəfi isə irlandiyalıdır. Qudalarım isə rəhmətə gediblər. Gəlinim çox yaxşı insandır, peşəkar həkimdir. Gəlinim oğlumla Amerikada universitetdə bir yerdə oxuyublar, elə orada tanış olub, evləniblər.
Məmmədyarov ilk dəfə gəlinindən danışdı
20:27 - 11 Avqust 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
30 May 2026 - 16:51
Azərbaycanda məşhur biznesmen qəfil vəfat etdi - FOTO
31 May 2026 - 13:39
SON DƏQİQƏ! Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO
31 May 2026 - 12:46
Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
31 May 2026 - 00:23
ŞOK! "Turan Tovuz”un yerinə avrokuboklara “Zirə” gedə bilər
30 May 2026 - 20:53
“Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - VİDEO
30 May 2026 - 18:54
Kanaldan qadın meyiti tapıldı
30 May 2026 - 20:17
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
30 May 2026 - 19:36
Elmin hələ cavablandıra bilmədiyi sirr - İnsan ölərkən nə hiss edir?
30 May 2026 - 16:34
DÇ-2026-nın ən bahalı komandası müəyyənləşdi
30 May 2026 - 23:18
Sabah bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
30 May 2026 - 17:35
Hörmüzdən 20 ticarət gəmisinin keçidi qeydə alınıb
30 May 2026 - 15:52
Münhen Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb - SƏBƏB
Xəbər xətti
- 31 May 2026
- 15:00 Türkiyəli məşhur professor 50 kq arıqladı
- 14:40 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
- 14:24 Paytaxtda fəaliyyət göstərən bu avtobuslar dəyişdirilir
- 14:07 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO
- 13:55 Bakıya gələn sürücülərə MÜRACİƏT
- 13:39 SON DƏQİQƏ! Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO
- 13:25 Bərdədə ağır yol qəzası - Çox sayda xəsarət alanlar var
- 13:22 Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- 13:05 Bu avtobuslardan istifadə edənlərə şad xəbər
- 12:46 Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
- 12:30 Zəncirvari qəzada dörd nəfər öldü
- 12:12 Tramp şərtləri sərtləşdirir - ABŞ-İran müqaviləsi sual altındadır
- 11:55 NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərlər
- 11:37 Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaraladı
- 11:17 Tramp İranla danışıqlar haqqında açıqlama verdi
- 11:00 Vaşinqtonda zavodda qəza 11 nəfərin ölümünə səbəb oldu
- 10:41 “Sabah” onunla yollarını ayırdı
- 10:26 Bu ölkədə 300-ə yaxın uçuş ləğv edildi
- 10:06 Avtobus od tutub yandı - Ölən və xəsarət alanlar var
- 09:50 " “Beloçka” tumu zibillik məhsuludur"
- 09:32 Bu ərazidə 5,6 maqnitudada zəlzələ baş verdi
- 09:15 "Razılığa gəlməsək, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa edəcək" - Tramp
- 09:00 Azərbaycanda AĞIR QƏZA - Çoxlu yaralı var
- 08:30 Ağcaqanad dişləməsi hansı halda ölümcül olur?
- 08:00 İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
- 01:30 Bu hücumçu aparıcı klubların hədəfinə düşdü
- 00:30 Görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?
- 00:23 ŞOK! "Turan Tovuz”un yerinə avrokuboklara “Zirə” gedə bilər
- 00:02 PSJ azarkeşləri iğtişaşlar törətdi - Saxlanılanlar var
- 30 May 2026
- 23:51 "Tramp Vensin öz varisi olacağına əmin deyil" - KİV
- 23:36 Braziliyada Ebola virusuna şübhəli yoluxma - Araşdırılır
- 23:18 Sabah bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:03 PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandı - YENİLƏNİB
- 22:36 "BƏƏ müharibənin ilk günlərində İrana onlarla zərbə endirib"
- 22:19 Çinli idmançı faciəli şəkildə həlak oldu - FOTO
- 22:00 "Ukrayna vacib danışıqlara hazırlaşır" - Zelenski
- 21:41 Naxçıvanda köməksiz qalan şəxs xilas edildi - VİDEO
- 21:18 Kürkənarı ərazilər təhlükədə - VİDEO
- 20:53 “Yol bərbad vəziyyətdədir, avtobus da, taksi də gəlmir” - VİDEO
- 20:33 ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq
- 20:17 Qurbanov “Qarabağ”la bağlı qərar verdi
- 19:53 ""Hizbullah"ın artilleriya qərargahı məhv edildi" - İsrail Ordusu
- 19:36 Elmin hələ cavablandıra bilmədiyi sirr - İnsan ölərkən nə hiss edir?
- 19:18 Hindistanda güclü fırtına - Çoxsaylı ölən var
- 18:54 Kanaldan qadın meyiti tapıldı
- 18:36 Karapetyan Simonyanı məhkəməyə verdi
- 18:16 "Liverpul" Arne Slotla yolları ayırdı
- 17:50 Kredit portfeli yarıbayarı kiçildi - Mənfəət kəskin azaldı
- 17:35 Hörmüzdən 20 ticarət gəmisinin keçidi qeydə alınıb
- 17:17 Azər Bağırov “Kəpəz”dən getdi
- 16:51 Azərbaycanda məşhur biznesmen qəfil vəfat etdi - FOTO