Yevlax sakini metamfetaminlə saxlanıldı - FOTO

09:18 - 18 Oktyabr 2022

Yevlax sakini metamfetaminlə saxlanıldı - FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. 

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb. Onun üzərinə və evinə keçirilən baxış zamanı təmiz çəkisi 45 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az