Azərbaycanın
bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank
Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma
istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya
imkanları, təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü
alətlər təqdim edir.
Azərbaycan kapital bazarına çıxış
Birbank
Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin səhm və istiqrazlarının
ilkin (primary market) alışında iştirak edə bilərlər. Tezliklə platformada ilk
olaraq PAŞA Bank-ın İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq,
beləliklə istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı olmaq şansı
qazanacaqlar. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa IPO
prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan yeni investisiya
imkanlarından yararlanmaq imkanı yaradacaq.
ABŞ kapital bazarının informativ analizi
Birbank
Invest 2.0-da əlavə olunan Şirkət haqqında (Brief Company Info)
bölməsi ABŞ bazarında səhmləri satışa çıxarılan şirkətlər barədə əsas
məlumatları: fəaliyyət istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi
veb-sayt, birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri birbaşa
tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə əlavə axtarışlara vaxt
sərf etmədən daha effektiv və rahat investisiya qərarları qəbul etməyə imkan
verir.
Təkmilləşdirilmiş istifadəçi təcrübəsi
Təqdim
olunan yeni versiyada interfeys yenilənib, performans artırılıb və Qaranlıq
rejimi (Dark Mode) əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq
şəraitində tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma
endirməyə imkan yaradır.
Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk
müstəqil investisiya tətbiqidir. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə
əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və beynəlxalq
maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az,
saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə
sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi ilə
əlaqə saxlaya bilərsiniz.