Toppuş bacının son halı görənləri ağlatdı - VİDEO

11:37 - 10 Noyabr 2022

Toppuş bacının son halı görənləri ağlatdı - VİDEO

"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya qəbul etdim. Nə ağciyər, nə qaraciyərdən xərçəng sağalmadı. Ona görə bu addımı atdıq".

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ATV kanalında yayımlanan "Bizimləsən" verilişində efirə bağlanan zaman deyib. Aktrisa bundan sonra sadəcə beyninə şüa veriləcəyini deyib:

"MRT-nin cavabına görə, bir kəllədə, bir də beyinin içində iki şiş tapılıb. Bunun üçün 10 dəfə şüa alacağam, sonra bir az gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacağıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az