Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - YENİLƏNDİ

21:15 - 10 Noyabr 2022

Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - YENİLƏNDİ

Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.

 

Manset.az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib. Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, bu müddətdə Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

 

***

Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Manset.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq. İstintaq orqanı tərəfindən R.Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi istənilir.

Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az