Azərbaycan “Qara Cümə”yə HAZIRLAŞIRMI? – TƏFƏRRÜAT

13:42 - 11 Noyabr 2022

Azərbaycan “Qara Cümə”yə HAZIRLAŞIRMI? – TƏFƏRRÜAT

Hər il bütün dünyada noyabr ayının dördüncü cümə axşamından sonrakı gün “Qara Cümə” kimi qeyd olunur. Bu il həmin gün 25 noyabra təsadüf edir. Hansı ki, həmin gün xüsusi özəlliyi ilə tarixə düşüb. 

Azərbaycan da hər il “Qara Cümə”yə hazırlaşır. Amma ölkəmizdə bu gün bir qədər fərqli keçirilir. Məsələn, Avropa, Amerika və s. ölkələrdə həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. Əslində günün əsl mahiyyəti də elə budur. Lakin Azərbaycanda endirim faziləri mağaza sahiblərinin qərarına görə dəyişərək daha aşağı olur.

Manset.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanda “Qara Cümə”nin real olmasının o qədər əhəmiyyəti olmadığını qeyd edib:

““Qara cümə” kimi aksiyanın formalaşması müsbət hal olardı. O zaman ki, ölkədə rəqabət mühiti formalaşsın. Oyunçular bazarda rəqibsizdirsə, burada artıq nə reklama, nə də endirimlərə ehtiyac var. “Qara Cümə” əsasən anqlosaksonların yaratdığı bir aksiyadır.

Bu aksiyada çox ciddi endirimlər olunur  ki, daha çox aztəminatlı ailələrə şamil olunur.

Endirimlərdən həm satıcılar, həm də alıcılar yararlanır. Əvvəlki illərdə Azərbaycanda da belə bir tendensiya izlənildi. Endirimlər həm də alıcını cəlb etmək üçün marketoloji alətdir.

Ölkəmizdə bu alətdən çox geniş istifadə olunur. Firmaların demək olar ki, hamısı “Reklam haqqında” qanuna zidd addım ataraq,  yalançı reklamla məşğuldurlar. Hansı ki, qanuna görə bu, qadağandır. KİV-də və televiziya ekranlarında ifşa olunmaq üçün onlara tətbiq olunan cərimələri ödəməkdə də maraqlıdırlar. Azərbaycanda “Reklam haqqında” qanunda bu məsələyə aid maddə var. Amma hələ də şahidi olmamışıq ki, aidiyyəti qurum yalançı reklama görə hansısa şirkəti cəzalandırsın və yaxud irad bildirsinlər”.

Məlumat üçün bildirək ki, ingiliscədə “Black Friday” adlanan bu gün, ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib.

Buna baxmayaraq "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmayıb. “Qara Cümə” günü bir çox mağazalarda yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir.

Xüsusilə də həmin gün alış-veriş mağazalarının açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az