Su kəmərində qəza - Bu rayon susuz qaldı

14:34 - 11 Noyabr 2022

Su kəmərində qəza - Bu rayon susuz qaldı

Biləsuvar rayonunda su boru kəmərində qəza baş verib, şəhərin su təchizatında problemlər yaranıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, qəza ilə əlaqədar olaraq şəhər ərazisində suyun verilişi dayandırılıb.

"Azərsu" ASC-nin Biləsuvar Rayon Su Kanal İdarəsindən "Report"un Muğan bürosuna bildirilib ki, şəhərin su təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd olunub ki, buna səbəb şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəzanın baş verməsidir: "Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan saat 21:00-dək müvəqqəti fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az