Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 719 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 179, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 285, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 59 nəfərdir.
