Azərbaycan və Türkmənistan arasında fiber-optik rabitə xəttinin çəkilişi 2 ilə başlaya bilər

20:11 - 11 Noyabr 2022

Azərbaycan və Türkmənistan arasında fiber-optik rabitə xəttinin çəkilişi 2 ilə başlaya bilər

Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər.

 

Manset.az xəbər verir ki, bu barədə TASS-a "AzərTelekom"un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev məlumat verib.

"Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, - o, bildirib.

Bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.

F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir .


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az