Azərbaycanda icbari sığorta şəhadətnaməsinə azı 5 il müddətində əlçatanlıq təmin ediləcək

13:50 - 12 Noyabr 2022

Azərbaycanda icbari sığorta şəhadətnaməsinə azı 5 il müddətində əlçatanlıq təmin ediləcək

Azərbaycanda icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlıq təmin ediləcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İcbari sığortalar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişikliklə sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az