Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Novruz və Ramazan bayramlarına həsr olunan tədbir keçirilib.
Tədbirdə
xalqımızın hər il böyük maraq və sevinclə qeyd etdiyi Novruz və Ramazan bayramlarının
tarixi, ənənələri və atributları haqqında ətraflı məlumat verilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla universitet
kollektivi və tələbələri təbrik edib, universitetin nailiyyətlərindən danışıb:
“Sizi bu gözəl bayram münasibətilə səmimi-qəlbdən
təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız daima isti
olsun, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Universitetimiz bu illər
ərzində beynəlxalq və respublika səviyyəsində bir çox nailiyyətlər əldə edib.
Bu uğurların səbəbkarı universitetimizin müəllimləri və tələbələridir. Bu gözəl
bayramı bizimlə qeyd etmək üçün cənubi Koreya Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Kan Kimqu universitetimizə qonaq gəlib. Cənab
səfirə öz təşəkkürümüzü bildiririk.
Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımız üçün
əvəzsiz xidmətlər göstərir. Bu gün Qarabağ azaddır, Azərbaycan qüdrətli dövlət
kimi böyük inkişaf yolu keçir. Bunu edən Ali Baş Komandanımız İlham Əliyevdir.
Qüdrətli Azərbaycanın uğurlarına görə Ulu Öndərimiz Heydər Əliyevin ruhu
şaddır. Ali Baş Komandanımız Ulu öndərin vəsiyyətini böyük şücaətlə həyata
keçirir. İrəliləyən Azərbaycanla bir yerdə hamımız irəli gedirik, inkişaf
edirik. Mən arzu edirəm ki, siz yeni Azərbaycana sadiq olasınız, bu yolu davam
etdirənlərin sırasında olasınız. Hər sinif otağında Azərbaycan həqiqətlərini
dünyaya bəyan edən Azərbaycan Prezidentinin səsi gəlsin, nəfəsi hiss edilsin.
Bayramınız mübarək!”.
Tədbir çərçivəsində müxtəlif kafedralar və dekanlıqlar
tərəfindən hazırlanan bayram süfrəsi və bayram atributlarının əks olunduğu
stendlər nümayiş olunub. Müğənni Elçin Cəfərovun ifasında bayram mahnıları
dinlənilib, həmçinin "Ramazan süfrəsi" təşkil olunub.
Sonda isə Novruz tonqalı alovlanıb.