İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir - FOTO

15:48 - 12 Noyabr 2022

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir - FOTO

Bu gün konfrans çərçivəsində Uyğunlaşma və Kənd Təsərrüfatı günü keçirilib.

 

Manset.az xəbər verir ki, dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı təşəbbüsü çərçivəsində ərzaq təhlükəsizliyi və iqlim dəyişmələri, kənd təsərrüfatı və ərzaq sistemlərində innovativ alətlər mövzularına həsr olunmuş sessiyalar keçirilib.

İqlimi nəzərə alan kənd təsərrüfatının dəstəklənməsi və risklərin aradan qaldırılması məsələləri müzakirə olunub. Kənd təsərrüfatının su sektorundan asılılığını nəzərə alaraq paralel tədbirlərdə BMT-in Su Konvensiyasının Baş Katibinin iştirakı ilə panel müzakirələr təşkil edilib.

Kəsişən və bir-birindən asılı bu iki istiqamət iqlim dəyişmələrinə görə su ehtiyatlarının defisiti hiss olunan Azərbaycan üçün də aktualdır. Buna görə də, uyğunlaşma tədbirlərində sinerjini təmin etmək vacibliyi yaranır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az