logo
logo logo
logo

Qaçırılan 15 yaşlı qız tapıldı - YENİLƏNDİ

13:44 - 14 Noyabr 2022

Qaçırılan 15 yaşlı qız tapıldı - YENİLƏNDİ

Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib. O, əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 01 radələrində baş verib.

Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.

Müraciətlə bağlı araşdırma aparılır.

***

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Dərhal polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü A.Qasımova ( ad soyad şərtidir) Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edib və azyaşlı valideynlərinə təhvil verilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az