Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, vurulan vaksinlərin ümumi sayı 13 915 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 163, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 443, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 791, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 411 nəfər təşkil edir.