Mərkəzi Nəbatat Bağı bir müddət ziyarətçilər üçün bağlı olacaq.
Bakı şəhər Mərkəzi Nəbatat Bağının müdiriyyətinin Manset.az-a verdiyi məlumata görə, parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaqdır.