Baş Prokurorluq Qubada konfrans təşkil edib.
Manset.az xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon və Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul prokurorluq əməkdaşlarının iştirakı ilə keçirilən konfransın mövzusu “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” olub.
Konfransda məhkəmə, hüquq-mühafizə, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlərdən söz açıb.
Konfrans zamanı Quba rayon prokuroru Namiq Muradov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, həmçinin, dövlət qurumlarının sözçüləri, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlar edib.


