Bu xəstəxanaya yeni rəhbər təyin olundu

17:48 - 16 Noyabr 2022

Bu xəstəxanaya yeni rəhbər təyin olundu

Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin Kardioloji xəstəxanasına yeni rəhbər təyin olunub.

 

Manset.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Kardioloji xəstəxananın baş həkimi vəzifəsi Yusifov Əmiralı Çingiz oğluna həvalə olunub.

Qeyd edək ki, Əmiralı Yusifov bundan əvvəl Kardioloji xəstəxananın Miokard İnfarktı şöbəsinin müdiri vəzifəsində çalışıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az