Pensiya yaşı aşağı salınsın - DEPUTATDAN TƏKLİF

12:43 - 17 Noyabr 2022

Pensiya yaşı aşağı salınsın - DEPUTATDAN TƏKLİF

“Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Mətbuatdan oxuyuram ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşa qədər yaşayır. Bu rəqəmi Dövlət Statistika Komitəsinə istinadən səsləndirirlər. Bilmirəm nə dərəcə doğrudur, ancaq hər halda bəzi məsələləri nəzərə almalıyıq”, - deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır.

“İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, - deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az