Müharibə başlayandan Ukraynada itkin düşən azərbaycanlıların SAYI - VİDEO

14:31 - 17 Noyabr 2022

Müharibə başlayandan Ukraynada itkin düşən azərbaycanlıların SAYI - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Krivoy Roq, Zaporojye və Dnepropetrovsk vilayətləri yenidən raket zərbələrinə məruz qalıb.

Qeyd edilib ki, Ukraynada kommunal xidmətlərlə bağlı böhran hələ də davam edir.
O da bildirilib ki, Xerson və Nikolayev istiqamətində səkkiz azərbaycanlı itkin düşüb. 

“Hesablamalarıma görə, Ukraynada müharibə başlayandan bəri 60 azərbaycanlı itkin düşüb. Onlar Mariupol, Donetsk və Xarkovda ağır döyüşlərin getdiyi dövrdə itkin düşən azərbaycanlılardır”, - deyə jurnalist əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az