"İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır" - Məleykə Abbaszadə

13:49 - 18 Noyabr 2022

\"İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır\" - Məleykə Abbaszadə

"İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır".

 

Manset.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır: "Müəyyən hallarda isə üç dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdı. Şagirdlər kifayət qədərdi, amma ekspertlər azdı. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı, məsələn, 20 min olsaydı, biz daha tez həyata keçirərik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az