Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonunda məktəbli döyülməsi ilə bağlı açıqlama verib.
Manset.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 2005-ci il təvəllüdlü İ.Q. ötən gün saat 22:57 radələrində ağır kəllə-beyin travması, təpə sümüyünün sınığı, alın və üz nahiyəsinin sivrilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:
“Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. İ.Q tibb müəssisəsində əməliyyat edilib, hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”.
***
Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.
O, Lənkəran Mərkəzi Xəstaxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.