Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə "Bir ağac-min nəfəs" aksiyası bu dəfə Mərdəkanda keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Manset.az-a bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və "Rahat" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlardan ümumi tutumu 805 litr olan plastik, 8 litr olan şüşə butulka və 68 ədəd işlənmiş batareya təhvil götürülüb və əvəzində onlara ağac tingləri paylanılıb.
"Növbəti aksiya bu gün saat 16:00-da Əhmədli qəsəbəsində "Bravo" hipermarketin qarşısında keçiriləcək".