“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?”- Çingiz Abdullayev

19:55 - 01 Dekabr 2022

“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?”- Çingiz Abdullayev

Çətin vəziyyətdə olan yazıçılarımız özləri bizə müraciət etmir. AYB üzvü olan 2800-ə yaxın şair, yazıçı var.

 

Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.

Çingiz Abdullayev bildirib ki, AYB-də cəmi 3 katib var.

“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət edirsə, kömək etməyə çalışırıq”, - AYB katibi vurğulayıb.

Əlisa Nicatın kitablarının geniş auditoriyaya çatdırılmasına dəstək göstərilməsi məsələsinə gəlincə isə Çingiz Abdullayev qeyd edib ki, onlar kitabların satışı və nəşr olunması işinə baxmırlar: “Biz onun yaradıcılığı ilə bağlı müzakirələr apara, müvafiq yerlərə məktub yaza bilərik. Ümumiyyətlə, pul işlərinə baxmırıq. Azərbaycan Yazıçılar Birliyinin özünün təqaüdü bir-iki aylıq olur, amma biz Əlisa Nicata 1 illik məbləğ vermək istəyirik. Qərar qəbul olunub. Kömək edəcəyik. Yoxlaya bilərsiniz”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az