Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələxsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırırlar.
Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsəniləməsi halları üzə çıxır.
Manset.az xəbər verir ki, Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.
1. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.
2. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Mənsur Əsgərov
Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.
4. Rafael Əliyev
Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
5. Səlim Müslümov
2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.
6. Vilyam Hacıyev
İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğun məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.
7. Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.
8. Əhməd Əhmədov
Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.
9. Vüqar Səfərli
KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.
Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə FAKTLARI
09:21 - 02 Dekabr 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
21 Mart 2026 - 10:39
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO
20 Mart 2026 - 21:22
Baş prokuror Kamran Əliyevə AĞIR İTKİ
20 Mart 2026 - 22:41
Faiq Hüseynov vəfat etdi
20 Mart 2026 - 22:31
Motosiklet qəzasında ölən Ramin zabit imiş - FOTOLAR
21 Mart 2026 - 00:25
Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı / FOTO
21 Mart 2026 - 17:40
İran İsraildə aeroportu vurdu
21 Mart 2026 - 15:55
Goranboyda kişi tanışını döydü - Cinayət işi açıldı
20 Mart 2026 - 23:42
Avropa Birliyindən otellərə yeni qayda - Bu məhsullar otaqlardan yığışdırılır
20 Mart 2026 - 23:00
Türkiyəli gənc futbolçu öldürüldü - Müğənni saxlanıldı
21 Mart 2026 - 18:22
Bakıda bu yollarda təmir işləri aparılacaq - Siyahı
20 Mart 2026 - 22:15
30 yaşında milyonçu oldu - Peşmandır
21 Mart 2026 - 00:30
İsrailin silah zavodu yandırıldı
Xəbər xətti
- 21 Mart 2026
- 20:44 İranla müharibədə ən çox atəşə tutulan ölkənin adı açıqlandı
- 20:23 Cəlilabadda avtomobilin vurduğu 49 yaşlı piyada öldü
- 19:59 54 yaşlı kişi hamamda yıxılıb öldü
- 19:42 İran və Hizbullah eyni vaxtda İsrailə raket hücumu etdi
- 19:20 Qazaxda 65 yaşlı kişi yıxılıb öldü
- 18:58 ABŞ İrana endirdiyi zərbələrin sayını açıqlandı - VİDEO
- 18:38 Hidayət Heydərov bürünc medal qazandı
- 18:22 Bakıda bu yollarda təmir işləri aparılacaq - Siyahı
- 17:59 İran dövriyyəyə yeni əskinas buraxdı
- 17:40 İran İsraildə aeroportu vurdu
- 17:21 Sumqayıtda ev yandı - FOTO
- 17:00 Gəncədə yeniyetmə dəm qazından öldü
- 16:46 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- 16:29 “Bəsic” qüvvələri komandirinin müavini öldürüldü
- 16:15 SEPAH İsrailin növbəti "F16" qırıcısını vurdu
- 15:55 Goranboyda kişi tanışını döydü - Cinayət işi açıldı
- 15:44 Onun da verilişi bağlandı
- 15:30 Muğanlı-İsmayıllı yolunun mühafizə zolağında sürüşmə oldu
- 15:25 Axtarışda olan 45 nəfər bayram günü tutuldu
- 15:13 Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
- 14:58 Hacıbala Abutalıbov Bakıya qayıtdı
- 14:42 Moskvaya dron hücumu davam edir - PUA-ların sayı 30-u keçdi
- 14:30 "Milan" çempionat oyununa ciddi itki ilə çıxacaq
- 14:17 Bu ərazilərdə qaz yoxdur
- 14:03 "İran qonşuları ilə münaqişəyə can atmır"
- 13:55 "Qarabağ"ın futbolçuları milliyə çağırıldılar
- 13:41 İranın Natanzdakı atom obyektinə zərbə endirildi
- 13:30 Gəncədə evdə PARTLAYIŞ - Yaralanan var
- 13:13 Ötən gün itkin düşən 9 nəfər tapıldı
- 12:46 Bazar günü hava necə olacaq?
- 12:34 Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə
- 12:10 Şahdağa qar yağdı
- 11:58 Neftimizin bu günə olan QİYMƏTİ
- 11:45 İran ABŞ bazasına raketlər atdı
- 11:19 "Novruz baharın gəlişi müjdəsini verən əziz bayramdır "
- 11:07 Nəvəsi və oğlu Milli Qəhrəmanın məzarı başında
- 10:51 Bu fotoya görə millidən kənarlaşdırıldı
- 10:39 Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO
- 10:30 Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanıldı
- 10:11 İstifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür – Şərtlər nədir?
- 10:03 Suraxanıda müəllim qətlə yetirildi - Cinayət işi açıldı
- 09:55 “Turan Tovuz” “Qəbələ”yə qarşı
- 09:31 Turistlər üçün “qızıl fürsət” - Türkiyədə qiymətlər kəskin endi
- 09:15 İrandakı vəziyyət aviaşirkətləri çökdürdü
- 09:03 Bu gün Beynəlxalq Novruz günüdür
- 08:30 "Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi" - Tramp
- 01:00 Dənizlərin altında gənclik iksiri - İnsan ömrü 200 ilə qədər uzana bilər
- 00:30 İsrailin silah zavodu yandırıldı
- 00:25 Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı / FOTO
- 20 Mart 2026
- 23:59 Ağdaşda “Mercedes” aşdı - Ölən var
- 23:42 Avropa Birliyindən otellərə yeni qayda - Bu məhsullar otaqlardan yığışdırılır