Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, həmin şəxsin 65 yaşlı Əsədova Tamilə Məhərrəm qızı olduğu üzə çıxıb.
Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
11:58
Bakıda qadın özünü 4-cü mərtəbədən atıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində qeydə alınıb.
Qardaşıgilə qonaq gələn qadının özünü 4-cü mərtəbədən ataraq intihar etdiyi bildirilir.
65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.