Azərbaycanlı qızları Türkiyədə satan qadına HÖKM OXUNDU

16:17 - 08 Dekabr 2022

Azərbaycanlı qızları Türkiyədə satan qadına HÖKM OXUNDU

İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Elnarə Məmmədovanın Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Nazilli şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

E.Məmmədova Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Lakin himayəsində azyaşlı ovladı olduğuna görə onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi uşaq yetkinlik yaşına çatanədək təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az