Metroda oğurluq edən şəxs SAXLANILDI

13:50 - 10 Dekabr 2022

Metroda oğurluq edən şəxs SAXLANILDI

Metroda oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, metrostansiyada Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az