Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 252 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 78, ikinci doza üzrə 43, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 107-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 24-dür.
