Tanınmış jurnalistə 5 il yarım həbs verildi - FOTO

18:17 - 12 Dekabr 2022

Tanınmış jurnalistə 5 il yarım  həbs verildi - FOTO

Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Sənan Abdullayev və İlqar Atabəylinin məhkəməsi yekunlaşıb.

 

Manset.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Abdullayev və İ.Atayev 2021-ci ilin avqustunda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. S.Abdullayevin “youtube”da yaratdığı “Xəbər kanalı” səhifəsində İlqar Atayevlə Goranboy İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video formasında yayıb. Həmin videoların səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az