ASAPES yarımfinalda - FOTOLAR

14:58 - 14 Dekabr 2022

ASAPES yarımfinalda - FOTOLAR

Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirində komandamız yarımfinala vəsiqə qazanıb.

 

Manset.az xəbər verir ki, qrup mərhələsində ATU (3:2), BMU (12:3) və ADNSU-dan (6:4) olan rəqiblərini məğlub edən komandamız 1/4 finalda AzMİU kollektivi ilə qarşılaşıb. Görüş 8:1 hesabı ilə təmsilçilərimizin xeyrinə başa çatıb.

Finala vəsiqə uğrunda komandamız Azərbaycan Tibb Universiteti ilə üz-üzə gələcək. Yarımfinal matçında futbolçularımıza uğurlar arzulayırıq!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az