Şəhid olmuş hərbi qulluqçunun adı AÇIQLANDI

22:00 - 14 Dekabr 2022

Şəhid olmuş hərbi qulluqçunun adı AÇIQLANDI

Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur. 

 

Manset.az report-a istinadən xəbər verir ki, şəhid hərbçinin nəşi Tovuz rayonundandır.

Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.

Onun sabah dəfn olunacağı bildirilir.

Eyni zamanda, Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az