“WizzAir” Romadan Bakıya yeni aviareys açır - FOTO

20:31 - 15 Dekabr 2022

“WizzAir” Romadan Bakıya yeni aviareys açır - FOTO

“WizzAir” aviaşirkəti Romadan müxtəlif istiqamətlərə yeni uçuşlar həyata keçirəcək.

 

Manset.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, İtaliya paytaxtından havaya qalxacaq təyyarələr üçün yeni istiqamətlər sırasında Kastelona, Əbu-Dabi, Lüksemburqa və Küveytlə yanaşı Bakı da var.

Roma – Bakı aviareyslərinə 2023-cü ilin mayın 1-dən start veriləcək. Uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günlərində baş tutacaq.

Yeni aviareyslər üçün biletləri artıq indidən sifariş etmək mümkündür.

Qeyd edək ki, “WizzAir” dünyanın nisbətən münasib qiymət siyasətilə tanınan aviaşirkətlərindən biri kimi tanınır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az