Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

10:46 - 19 Dekabr 2022

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

 

Manset.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az