Kəmalə Ağazadəni ölümlə hədələyirlər

12:41 - 23 Dekabr 2022

Kəmalə Ağazadəni ölümlə hədələyirlər

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

 

Manset.az xəbər verir ki, o, feysbuk səhifəsində izləyicilərinə səslənərək ölümlə hədələndiyi bildirib:

"Əziz dostlar! Son günlər fəaliyyətimlə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunuram, ölümlə hədələnirəm. Mütəmadi olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin məzmunu həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir".

Ağazadə şantajların bir neçə gün əvvəl 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başladığını qeyd edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az