“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının adı dəyişdirilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Naxçıvan" Sərhəd Dəstəsi adlandırılıb.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçmiş komandiri general-leytenant Niyaməddin Tağıyevin vəzifəsindən azad edilərək onun yerinə polkovnik Bəhmən Babayevin təyin olunması bununla bağlıdır.
Manşet.az