DEEA qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirdi - FOTO

13:36 - 19 Yanvar 2023

DEEA qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirdi - FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə SOCAR “Azneft” İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft qaz çıxarma idarələrinin əməkdaşları, ekoloqlar, QHT və KİV nümayəndələri iştirak edib.

Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin - havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənir, çirklənmiş torpaqlar rekultivasiya edilir, geniş sahələrdə yaşıllıqlar salınır, abadlaşdırma işləri aparılır. 

Çıxışçılar qeyd edib ki, iqtisadiyyatımız üçün vacib olan karbohidrogen ehtiyatlarının çıxarılması ilə yanaşı, təbiətin mühafizəsini də həyata keçirmək zərurəti vardır. Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində müəyyən problemlər qalmaqdadır.

Qarşılıqlı dialoq şəraitində keçən görüşdə SOCAR “Azneft” İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft qaz çıxarma idarələrinin əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları jurnalistlərin suallarını cavablandırıb. Tərəflər belə tədbirlərin zəruriliyini yüksək qiymətləndirərək, gələcəkdə də keçirilməsini dəstəkləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az