AHİK-in rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

16:15 - 19 Yanvar 2023

AHİK-in rəhbərliyi və kollektivi Şəhidlər  xiyabanını ziyarət etdi - FOTOLAR

AHİK-in rəhbərliyi və kollektivi Şəhidləri yabanını ziyarət edib.

 

Manset.az xəbər verir ki, Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az