Penoplast üzlük yenə yanğına səbəb oldu: Eldar Əzizov hadisə yerinə baş çəkdi – VİDEO

00:27 - 25 Avqust 2021

Penoplast üzlük yenə yanğına səbəb oldu: Eldar Əzizov hadisə yerinə baş çəkdi – VİDEO

Paytaxtın Heydər Əliyev prospektində yolun Koroğlu metrostansiyasına gedən hissəsində yol kənarındaki hasarda güclü yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri cəlb olunaraq, təxminən 20 dəqiqəyə yaxın davam edən yanğın söndürülüb. 

Hazırda ərazidə müvafiq təmizlik işləri aparılır, ağacların yanan budaqları budanıb.

Baş verən yanğın zamanı hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib. 

Manset.az xəbər verir ki, Baku TV-ə müsahibə verən İcra başçısı hadisənin baş vermə səbəbinin araşdırıldığını bildirib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az