Sistem dondu klinikalar qarşısında izdiham yaşandı - AÇIQLAMA+FOTOLAR

13:11 - 25 Avqust 2021

Sistem dondu klinikalar qarşısında izdiham yaşandı - AÇIQLAMA+FOTOLAR

Artıq bir neçə gündür COVID-19 ilə bağlı peyvənd olunmaq istəyən vətəndaşlar yeni problemlə qarşılaşır. Belə ki, şəhər poliklinikalarının qarşısında tez-tez uzun növbələrlə qarşılaşmaq adi hal alıb.

Manset.az xəbər verir ki, əslində peyvəndləmə prosesi qısa vaxt alsa da, vətəndaşların qeydiyyatını aparan sistemdə yaranan problemlər bu işi yubadır. Növbə gözləyən vətəndaşlar qapı qarşısında "Sistem donub, heç kim buraxılmır" cümləsini tez-tez eşidirlər. Bəzi vətəndaşlar saatlarla sistemin açılmasını gözləyirlər. Bəzən isə vətəndaşlar növbə götürmələrinə baxmayaraq peyvənd oluna bilmədiklərini, növbəti gün yenidən gəlmək məcburiyyətində qaldıqlarını deyirlər. B

Qeydiyyatı aparan klinika nümayəndəsi isə deyir ki, bütün respublika üzrə qeydiyyat sistemində problem var və sistem donur.

Maraqlısı budur ki, hər gün vaksinasiya çağırışı edən qurumlar bu qədər vətəndaşın müraciət edəcəyini gözləmirdilərmi? Təəsüf ki, Azərbaycanda belə problemlər birinci dəfə deyil.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Ölkə.az-a bildirildi ki, vətəndaşların çoxsaylı müraciəti ilə bağlı sistemdə yüklənmə yaranıb: 

"Vaksinasiya ilə bağlı çoxsaylı müraciət qeydiyyat sistemində bir qədər yüklənmə yaradıb. Lakin hazırda sistemdə problem yoxdur və fəaliyyət göstərir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az