"Subbakalavrlar üçün əlavə plan yerləri açılmır" - Məleykə Abbaszadə

21:34 - 25 Avqust 2021

\"Subbakalavrlar üçün əlavə plan yerləri açılmır\" - Məleykə Abbaszadə

Subbakalavrlar ixtisas seçimində iştirak edən heç bir abituriyent üçün rəqib deyillər.

Manşet.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, subbakalavrlar abituriyentlərdən boş qalan yerlərə qəbul edilirlər.

"2019-cu ildə ixtisas seçimində iştriak edən subbakalarvrların sayı 11 min 518, 2020-ci ildə isə 13 min 798 nəfər olub. Eyni balı toplayan subbakalavrlar diplomlarında olan ümumi orta göstəricilər əsasında bir-birindən fərqləndirilirlər. 2019-cu ildə 581, 2020-ci ildə isə 788 subbakalavr dövlət sifarişli yerlərə qəbul olunub. Bu, onu göstərir ki, subbakalavrlar ali məktəblərə qəbul olunmaqla yanaşı, dövlət sifarişli yerlərə də qəbul ola bilirlər".

Onun sözlərinə görə, subbakalavrlar üçün imtahansız qəbul olma şansı ona görə verilib ki, boş qalan yerlər doldurulsun: "Abituriyentlər ixtisas seçimini etdikdən sonra qalan boş yerlərə subbakalavrların qəbulu aparılır. Onlar üçün əlavə yerlər açılmır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az