ARB televiziyasının məşhur "Səni axtarıram" verilişində daha bir cinayətin üstü açılıb.
Manset.az-ın məlumatına görə, müəllif və aparıcısı Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı olan verilişdə Elbrus Qaracayev adlı şəxs axtarılırdı.
Axtarışların sonunda məlum olub ki, uzun müddətdir Fransada yaşayan və işləyən Elbrus Qaracayev İlkin adlı digər azərbaycanlı şəxs tərəfindən öldürülüb.
Proqramda qeyd olununur ki, qətli törətməkdə İlkinə daha bir neçə azərbaycanlı və xarici vətəndaşlar kömək edib.
Manşet.az
Fotoda : Elbrus Qaracayev
.jpeg)
Fotoda: İlkin
.jpeg)