“Tottenhem” baş məşqçi İqor Tudorla yollarını ayırıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Bu, son bir ildə komandada baş verən üçüncü məşqçi ayrılığıdır. Daha əvvəl 2025-ci ilin iyununda komanda ilə UEFA Avropa Liqasının qalibi olmuş Angelos Postekoqlu vəzifəsindən kənarlaşdırılıb. Onu əvəz edən Tomas Frank isə cəmi bir neçə ay sonra, cari ilin fevralında klubu tərk edib.
Xatırladaq ki, fevralın 14-dən komandaya rəhbərlik edən Tudorun rəhbərliyi altında “Tottenhem” 7 oyunun 5-də uduzub. Hazırda London klubu 30 xalla 17-ci pillədə qərarlaşıb və düşmə zonasından cəmi 1 xal öndədir.