Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

13:38 - 31 Yanvar 2023

Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbərrir ki, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub. N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az