logo
logo logo
logo

Türkiyədən təxliyə edilənlər Azərbaycana çatdı

12:28 - 10 Fevral 2023

Türkiyədən təxliyə edilənlər Azərbaycana çatdı

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu avtobusla 47 nəfər Vətənə qayıdıb. Bu, zəlzələdən sonra Türkiyədən vətəndaşlarımızı təxliyə edən sayca yeddinci avtobusdur.

Bu gün təxliyə edilənlərin əksəriyyəti tələbələrdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.
Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az