Ötən gün ölkədə heç kim vaksin olunmayıb

19:31 - 13 Fevral 2023

Ötən gün ölkədə heç kim vaksin olunmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 0, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 945 463, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 972, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 952, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 415 nəfər təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az