Bakıda usta təmir sexindən “Lexus” qaçırdı

12:00 - 16 Fevral 2023

Bakıda usta təmir sexindən “Lexus” qaçırdı

Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az